Karyerasını bitirsə də, diqqət mərkəzindədir – FOTO

Beysbolçu Pol Skenesin sevgilisi Oliviya Dann gimnastika karyerasını başa vurub.

Allsport.az xəbər verir ki, məşhur “Sports Illustrated Swimsuit” jurnalının modeli kimi də tanınan 22 yaşlı idmançı gənc yaşlarından bu sahədə böyük uğurlar qazanıb.

2002-ci ildə Nyu-Cersi ştatında anadan olan Dann gimnastika ilə üç yaşından məşğul olmağa başlayıb. O, 2020-ci ildə “LSU Tiqers” komandasının heyətində universitet liqasında çıxış edərək NCAA çempionatında debüt edib. Lakin 2024-2025-ci illər mövsümündə idmançının diz qapağında ciddi sınıq aşkarlanıb və bu zədə onun karyerasına mənfi təsir göstərib. 2025-ci ilin aprelində Oliviya Dann gimnastika ilə rəsmən vidalaşdığını elan edib. Hazırda o, modellik fəaliyyəti və sosial media layihələri ilə ulduz statusunu qoruyub saxlayır.

Həmin kateqoriyadan