- Baxış sayı: 34
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 118
- Noyabr 25, 2024
- 0
“Sumqayıt”ın baş məşqçisi Samir Abbasov premyer Liqanın 6-cı turunda “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, o, 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra baş tutan mətbuat konfransında bunu söyləyib:
“Rəqibin azlıqda qalmağı kənardan rahat görünə bilər. Üstünlüyümüz var idi. Amma bundan yararlanmaq çətin idi. Rəqib 10 nəfərlə qaldığı üçün qapanır. Belə olan halda maksimum 2-3 qol vəziyyəti yaratmaq olur. İki 100%-lik epizod yaratdıq.
Lakin, onları qola çevirə bilmədik və nəticədə buradan xalsız dönürük. İndi düşünürəm ki, kaş rəqib azlıqda qalmazdı. “Zirə” 11 nəfərlə olsaydı, bəlkə də başqa cür oyun gedərdi. Futbolçular bacardıqlarını etdilər.
Düzdür, bir az artığını etmək lazım idi. Hələ mövsümün əvvəlidir. Bu gün yeni gələn futbolçular oynayırdı. Onlara bir az vaxt lazımdır. Ümumi olaraq pis oynamırdıq. Oyuna nəzarəti ələ keçirmişdik. Məni məyus edən məqam odur ki, ən azı bir qol vura bilərdik”.