- Baxış sayı: 18
- 26 Noyabr 2024 17:17
- Baxış sayı: 34
- Noyabr 26, 2024
- 0
Məlun olduğu kimi, Premyer Liqanın 8-ci turunda “Neftçi” klubu səfərdə “Zirə” qarşılaşacaq. Allsport.az saytı xəbər verir ki, “ağ-qaralar” bu oyunun hazırlığını İsmət Qayıbov adına təlim-məşq bazada davam etdirir. Çalıçmalardan sonra komandanın hücumçusu Katalin Tira “Neftçi” TV-yə açıqlama verib:
“Ötən mövsüm “Neftçi”də olmasam da, xəbərim var ki, “Zirə”ni məğlub edə bilməmişik. Bununla belə, oyuna çox yaxşı hazırlaşmışıq. Həm psixoloji, həm də fiziki cəhətdən tam hazırıq. İnanıram ki, qalib gələcəyik və hamımız bu qələbəyə sevinəcəyik”.
Xatırladaq ki, “Zirə” – “Neftçi” oyunu oktyabrın 16-da Zirə İdman Kompleksinin stadionunda keçiriləcək və saat 18:30-da başlanacaq.