- Baxış sayı: 34
- 04 Fevral 2026 23:39
- Baxış sayı: 154
- Fevral 04, 2026
- 0

FİFA İspaniya millisinin yarımmüdafiəçisi Qavinin zədəsinə görə “Barselona”ya təzminat ödəyə bilər.
Allsport.az xəbər verir ki, futbolçu Avro-2024-ün seçmə mərhələsi çərçivəsində Gürcüstanla oyunda (3:1) dizindən zədə alıb. İlk tibbi müayinədən sonra futbolçunun ön çarpaz bağının yırtıldığı məlum olub.
Klubların müdafiəsi proqramı çərçivəsində FİFA-dan təzminat futbolçunun zədələnməsindən sonra 28-ci gündə yığılmağa başlayacaq və onun sabit maaşından asılı olacaq.
Kataloniyalılara gəlincə, ödənişlərin məbləği dekabrın 16-dan hesablanacaq. Qavinin 6 aydan 8 aya qədər meydana çıxa bilməsi ehtimalı var və “narıncılar” 3,082,200 ilə 4,315,080 avro arasında təzminat alacaq.