Keçmiş baş məşqçisi Krıxovyakı yeni komandasında görmək istəyir

“Lokomotiv”in və Polşa millisinin sabiq yarımmüdafiəçisi Qreqor Krıxovyak Səudiyyə Ərəbistanının “Abha” klubunun maraq dairəsindədir.

Allsport.az xəbər verir ki, 33 yaşlı futbolçunun transferini keçmiş baş məşqçisi Çeslav Mixneviçi şəxsən istəyir. Polşa millisinin sabiq çalışdırıcısı bu yaydan “Abha”ya rəhbərlik edir.

Krixovyak RPL klublarından başqa, “Sevilya”, PSJ, “Vest Brom” kimi komandalarda da çıxış edib. 

O, ötən mövsüm Səudiyyə Ərəbistanının “Əl Şəbab” klubunda icarə əsasında çıxış edib və 35 matçda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan