Keçmiş F-1 pilotu karyerasını bitirdi

Son mövsümdə “Uilyams”dan göndərilən keçmiş Formula-1 pilotu Loqan Sargent karyerasını başa vurub.

Allsport.az xəbər verir ki, bu barədə 24 yaşlı idmançının yeni mövsümdən iştirak etməli olduğu “İDEC Sport” komandası məlumat yayıb.

“Loqan Sargentin idmandan uzaqlaşaraq başqa hədəflərini həyata keçirmək qərarından sonra “İDEC Sport” və “Genesis Maqma Reysinq” onun qərarını qəbul edir və yaxın bir neçə gün ərzində onun əvəzlənməsini elan edəcək. Loqana uğurlar arzulayırıq”, – komandanın sosial şəbəkədəki səhifəsində deyilir.

“İDEC Sport” ELMS çempionatında çıxış edir.

Həmin kateqoriyadan