- Baxış sayı: 35
- 24 Noyabr 2024 15:47
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Keçmiş Formula-1 rəhbəri Berni Eklstounla bağlı istintaq iyul ayında başlayıb. Allsport.az saytı xəbər verir ki, 91 yaşlı britaniyalı 2013-16-cı illər arasında vergi bəyannaməsinə daxil etmədiyi böyük məbləğləri saxlamaq üçün, xaricdə ofşorlardan istifadə edərək vergidən yayınmaqda şübhəli bilib.
Bazar ertəsi o və həyat yoldaşı Fabiana Flozi, ilkin dinləmənin keçirildiyi Vestminsterdəki məhkəməni ziyarət ediblər. Rəsmi açıqlamada məhkəmə orqanı bildirib ki, “mürəkkəb və qlobal” araşdırma apardıqdan sonra, prokuror Robert Simpson onu “əvvəlki bütün vergi pozuntularının üstündən xətt çəkərək məlumatın struktur açıqlanması mexanizminə daxil olmağa” dəvət edib.
Məlum olduğu kimi, Formula-1-in keçmiş promouteri günahını etiraf etməkdən və hər hansı şəkildə istintaqa kömək etməkdən imtina edib. Həmçinin bildirilir ki, “prosesin gedişində Eklstouna xaricdə yerləşən hər hansı əlaqəli trestlər haqqında suallar verilib. O, Sinqapur trestində təxminən 650 milyon dollar məbləğində bank hesabını bəyan etməyib.
Berni sentyabrın 19-da keçiriləcək növbəti məhkəmə iclasına qədər zaminə buraxılıb. Bakının qonağı 2020-ci ilin yayında 4-cü dəfə ata olub. Həyat yoldaşının 44 yaşı var. Onların Eys adlı oğulları var.