- Baxış sayı: 90
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

“Toronto”nun yarımmüdafiəçisi Federiko Bernardeski İtaliyaya qayıda bilər.
Allsport.az xəbər verir ki, futbolçu Kanada klubundan ayrılaraq “Yuventus”a geri dönmək istəyir. Yarımmüdafiəçinin hələ də Turin klubunun futbolçuları və baş məşqçi Massimiliano Alleqri ilə əla münasibətləri var.
Xatırladaq ki, Bernardeski ötən yay azad agent kimi “Yuventus”dan Torontoya keçmişdi.