Kerrik rekordu təkrarladı

İngiltərə premyer liqasının 28-ci turu çərçivəsində “Old Trafford”da keçirilən matçda “Mançester Yunayted” “Kristal Pəlas”ı 2:1 hesabı ilə məğlub edib.

Allsport.az xəbər verir ki, bu qələbə ilə “qırmızı şeytanlar” Maykl Kerrikin rəhbərliyi altında çıxdığı ilk 9 oyunda 23 xal toplayaraq turnir cədvəlində 3-cü pilləyə yüksəlib.

“Opta”nın məlumatına görə, bu nəticə premyer liqa tarixində debüt edən məşqçilər arasında ən yaxşı start rekordunun (Ange Postekoğluya məxsus rekord) təkrarıdır.

Həmin kateqoriyadan