“Keşlə-2”yə danışılmış oyunlarla bağlı seminar

Bu gün “ASK arena”da 1-ci divizionda mübarizə aparan “Keşlə” klubunun əvəzedici komandasının üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib.

Allsport.az saytı xəbər verir ki, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Danışılmış oyun haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.

Məşğələdə “Danışılmış oyunlar”a qarşı mübarizə mövzusunda olduqca əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb. Danışılmış oyunların yerli və beynəlxalq nümunələr iştirakçılara təqdim edilib.

Həmin kateqoriyadan