- Baxış sayı: 5
- 28 Noyabr 2024 13:41
- Baxış sayı: 39
- Noyabr 26, 2024
- 0
“Keşlə” Azərbaycan çempionatlarında 600-cü oyununu keçirib.
Allsport.az xəbər verir ki, yubiley premyer liqanın 7-ci turuna təsadüf edib. Sənan Qurbanovun baş məşqçisi olduğu komanda səfərdə “Səbail”ə 2:1 hesabı ilə qalib gəlib.
Əvvəllər “Xəzər universiteti” və “İnter” adları altında da çıxış etmiş Bakı klubu ölkə çempionatında 1999/2000 mövsümündən mübarizə aparır. Paytaxt təmsilçisi bu müddətdə 277 qələbə qazanıb, 156 heç-heçə edib və 167 dəfə uduzub.
“Keşlə” çempionatdakı oyun sayında 3-cü komandadır. Yalnız “Qarabağ”la “Neftçi” daha çox (hər ikisi 832) matça çıxıb.