- Baxış sayı: 21
- 28 Noyabr 2024 12:16
- Baxış sayı: 39
- Noyabr 26, 2024
- 0
“Qarabağ”la oyundan sonra 1-günlük istirahətə buraxılan “Sumqayıt” dünəndən “Keşlə” ilə oyun üçün hazırlığa başlayıb. Allsport.az saytı xəbər verir ki, Ayxan Abbasovun komandası Sumqayıt şəhər stadionunun təbii ot örtüklü ehtiyat meydançasında məşqə çıxıb.
U-21 millidə olan Süleyman Əhmədov və Murad Xaçayev məşqdə iştirak etməyiblər. Təxminən 1.5 saat davam edən hazırlıqda öncə fiziki gücün artırılması, sonra topla müxtəlif hərəkətlər və bir sıra taktiki gedişlər üzərində çalışılıb. Məşqə ikitərəfli oyunla yekun vurulub.
Bu klubların görüşü 16 fevral saat 15:00-da “ASK arena”da keçiriləcək.