- Baxış sayı: 26
- 28 Noyabr 2024 15:48
- Baxış sayı: 73
- Noyabr 28, 2024
- 0
Azərbaycan premyer liqasında VI turun növbəti oyunu keçirilib. Allsport.az xəbər verir ki, günün ilk matçında “Keşlə” “Sabah”ı qəbul edib.
“ASK arena”dakı qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Keşlə”nin ilk qolunu 3-cü dəqiqədə Merab Giqauri vurub. 90+5-ci dəqiqədə isə Felipe Santos fərqlənib.
Qalib komanda üç dəfə məcburi əvəzetməyə əl atıb. 28-ci dəqiqədə zədələnən Elçin Mustafayevi Rafael Məhərrəmli əvəzləyib. 42-ci dəqiqədə İlkin Qırtımov eyni səbəbdən yerini Kərim Diniyevə verib. 52-ci dəqiqədə isə hesabı açan Merab Giqauri sıradan çıxıb. Gürcüstanlı oyunçunun əvəzinə meydana Rəhman Hacıyev daxil olub.
İlk qələbəsini qazanan “Keşlə” 4 xalla 7-ci pilləyə yüksəlib. “Sabah” isə 1 xalla sonuncu – 8-ci yerdədir.