- Baxış sayı: 28
- 30 Mart 2026 14:48
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

“Keşlə”nin Antalyadakı qış toplanışı davam edir.
Allsport.az saytı xəbər verir ki, bu gün səhər məşqində komanda 2 hissəyə ayrılaraq tennisbol oynayıb. Hazırlıq planına uyğun olaraq, “Keşlə” axşam da məşqə çıxacaq.
Paytaxt təmsilçisi sabah toplanış çərçivəsində ilk yoxlama matçını keçirəcək. Rəqib Makodeniyanın “Rabotniçki” komandasıdır. Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.