- Baxış sayı: 18
- 08 Dekabr 2025 13:25
- Baxış sayı: 263
- Dekabr 05, 2025
- 0

Azərbaycan premyer liqasında VII tura start verilib.
Allsport.az xəbər verir ki, günün ilk oyununda “Səbail” “Keşlə”ni qəbul edib.
Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdəki qollar 2-ci hissədə vurulub.
68-ci dəqiqədə Tərlan Quliyev cərimə zərbəsindən hesabı açaraq “Keşlə”ni önə keçirib. 3 dəqiqə sonra isə Rauf Əliyev bərabərlik qoluna imza atıb. 81-ci dəqiqədə Anatole Abanq komandasına qələbə qazandırıb.
Qələbədən sonra xallarının sayını 7-ə çatdıran “Keşlə” “Sumqayıt”la birlikdə 5-6-cı yerləri bölüşdürür. “Dənizçilər” isə 6 xalla 7-cidir.
Günün digər matçında “Qəbələ” “Zirə” ilə üz-üzə gələcək. Tura oktyabrın 17-də keçiriləcək “Sumqayıt” – “Neftçi” və “Sabah” – “Qarabağ” matçları ilə yekun vurulacaq.