- Baxış sayı: 192
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 192
- Dekabr 05, 2025
- 0

Premyer liqanın 19-cu turunda “Neftçi” ilə görüşdə “Keşlə”dən fərqlənənlər yubiley müəllifi kimi yadda qalıblar. Allsport.az saytı xəbər verir ki, Pərdis Fərcad-Azad Azərbaycan çempionatlarında özünün 25-ci qoluna sevinib.
O, bu rəqəmə 125-ci matçında çatıb. Pərdis 25 qoldan 3-nü “Keşlə”də, 22-ni “Sumqayıt”da vurub. Onun komanda yoldaşı Adrian Skarlatake isə 15-ci dəfə qol sevinci yaşayıb. 132-ci matçını keçirən rumıniyalı indiki klubunda 4, “Xəzər Lənkəran”da 11 dəfə fərqlənib.
Qeyd edək ki, “Neftçi” – “Keşlə” oyununda meydan sahibləri 3:2 hesabı ilə qalib gəlib.