- Baxış sayı: 38
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 116
- Fevral 06, 2026
- 0
“Keşlə” ölkə Azərbaycan kubokunda 25-ci məğlubiyyətini alıb. Allsport.az saytı xəbər verir ki, bu uğursuz yubiley 1/4 finalda “Qarabağ”la ilk oyununda gerçəkləşib.
Əvvəllər “Xəzər Universiteti” və “İnter” adları ilə çıxış etmiş paytaxt təmsilçisi kubokda 96-cı görüşündə 25-ci yenilgisini alıb. Hesabında 49 qələbə olan “Keşlə” 50-ci uğurunu cavab qarşılaşmasında qazanmağa çalışacaq.
22 heç-heçə edən “qırmızllar” 158 qol vurub və 95-ni buraxıb. “Keşlə”nin 25 məğlubiyyətindən 8-i evdə, 14-ü səfərdə, 3-ü neytral meydanda qeydə alınıb.