“Keşlə”nin sədri Elxan Məmmədovun adamını komandadan qovur
20 iyun 2018 / 11:03 Baxış sayı: 1482 “Keşlə”nin müşahidə şurasının sədri AFFA qarşısında yeni məsələ qaldırıb. Allsport.az saytı xəbər verir ki, komandanın ölkə kubokunu qazanmasından sonra Rövnəq Abdullayevin gözündə bir az qa qalxan Zaur Axundov islahatlar aparmağa hazırlaşır. Sportinfo.az-ın məlumatına görə, onun düşərgədən göndərmək istədiyi ilk adam Rəmiş Malıyevdir. “Keşlə”nin AFFA-nın əlinə keçməsindən sonra federasiyadakı iş yerini paytaxt təmsilçisinə dəyişən Malıyev bir baş direktor kimi Axundovu qane etmir. MŞ-nın sədri sözügedən posta özünə yaxın kadrlardan birini gətirməyə hazırlaşır.
Onun arxasında Elxan Məmmədov dayanıb. Necə deyərlər, o, baş katibin “Keşlə”dəki görən gözü, eşidən qulağıdır. Sədrin baş direktora münasibətini klubun daxili ab-havasından xəbərdar olan hər kəs bilir.
AFFA-nın keçmiş hüquqşünası Zaur Axundovun gəlişinədək burada əsas söz sahibi idi. İstənilən qərarı verməkdə sərbəst idi. Ötən 1 ildə isə vəziyyət kökündən dəyişib. O, bütün hakimiyyəti əlinə alıb və gözünə pis dəyən kadrların bir çoxunu artıq təmizləyib.
Rəmiş Malıyevin növbəsi, əslində, çoxdan çatıb. Sədr onun əlindən hələ Rauf Əliyevin qalmaqalı zamanı boğaza yığılıb. “Keşlə”dən qəfil ayrılan hücumçunun “Kukesi”yə keçidi, yəqin ki, yadınızda olar. O zaman Elxanın adamı bu transferin hüquqi cəhətdən mümkün olmayacağını iddia etmiş, UEFA və FİFA vasitəsilə problemi çözəcəyini bildirmişdi. Lakin millinin keçmiş üzvü istəyinə çatdı, “Kukesi” ilə münasibətlərini rəsmiləşdirdi, əmiş Malıyevin hay-küyü özünə qaldı, Zaur Axundov qəzəbə gəldi.