- Baxış sayı: 10
- 27 Noyabr 2024 17:53
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
“Keşlə” klubu Azərbaycan çempionatlarında 300-cü səfər qolunu vurub. Allsport.az saytı xəbər verir ki, premyer liqanın 16-cı turunun “Kəpəz”lə Gəncədə qarşılaşmasına təsadüf edən yubiley topunun müəllifi Fuad Bayramov olub.
Əvvəllər “Xəzər Universiteti” və “İnter” adları altında da çıxış edən paytaxt təmsilçisi rəqib meydanlarında 300 və daha çox qol vuran 4-cü komandadır. 300-cü qolu 251-ci səfər matçında vuran bakılılara qədər “Neftçi”, “Qarabağ” və “Kəpəz” bunu bacarıb. “Keşlə”nin səfərdəki məhsuldarlığı 1,20—yə bərabərdir.
“Qırmızılar” həm də 11 oyunluq qələbə həsrətinə son qoyub və yeni baş məşqçisi Yuri Maksimovla ilk dəfə 3 xal qazanıb. Paytaxt klubu son qələbəsini 162 gün öncə 2017-ci il sentyabrın 9-da “Kəpəz”lə ev matçında bayram etmişdi – 3:2. Bundan sonrakı 11 görüşdə 3 heç-heçəsi olan komanda 8 dəfə uduzub.