- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
“Barselona”nın futbolçusu Frank Kessye keçmiş oyunçu olan atasının sayəsində futbolu sevib.
Allsport.az xəbər verir ki, o hələ 11 yaşında olarkən atasını itirib. Frankın valideyni haqqında dedikləri budur:
“Mən onun yolunu izlədim. Atam heç vaxt Avropada oynamadığı üçün mən daha da irəli getdim. Meydandakı rolum ona az-çox bənzəyir. Uşaqlıqda tez-tez müdafiədə oynasam da, atamla oxşar mövqeni seçdim.
Xəstəlik onu apardı. Mən 7 uşağın ən kiçiyi idim. Atam vəfat edəndə tez böyüməli oldum. 3 qardaşım, 3 bacım var. Futbol mənə ağrıların öhdəsindən gəlməyə kömək etdi. Atam heç vaxt qayıtmayacaq, amma həyat davam edir”.
26 yaşlı yarımmüdafiəçi qol vurduqdan sonra göstərdiyi jesi də atasına həsr edir.
Kessyenin atası Fil Dişi Sahili ordusunda xidmət edib və 2002-2007-ci illərdə baş verən, ölkəni şimal və cənuba bölən vətəndaş müharibəsində həlak olub.