- Baxış sayı: 35
- 24 Noyabr 2024 15:47
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
“Haas“ komandasının sürücüsü, “Ferrari“ mehərrikinin sayəsində bu həftə sonu rəqabətə davamlı olacağını hesab edir. Allsport.az saytı xəbər verir ki, danimarkalı pilot yarış haqqında fikrini belə bölüşüb:
“Bakı və Monako trasları çox fərqlidir, lakin bəzi ümumi xüsusiyyətlərİ özündə cəmləyir . Bakıda unikal uzun düzlüklər və yavaş döngələrdən ibarət maraqlı bir tras var. Həftə sonunu səbirsizliklə gözləyirəm.
Şəhər trasında keçirilən yarışlar adətən hadisələrl ilə zəngin olur. Yarışdan çıxmaq riski, sarı bayraqlar və təhlükəsizlik avtomobilinin trasda peyda olunması çox yüksəkdir.
Tarixə nəzər salsaq, Bakıda çoxlu qırmızı bayraqlar müşahidə olub və bu da mövsümdəki digər yarışlar ilə müqayisədə daha çox imkanlar yaradır”.
Aynur MEHDİYEVA