- Baxış sayı: 44
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

Ağdamın “Qarabağ” futbol klubu müdafiəçisi Kevin Medina ilə müqavilənin müddətini artırır. Allsport.az saytı xəbər verir ki, İtaliya və Yunanıstan klublarından təkliflər alan müdafiəçi, daha 3 il Azərbaycanda qalacaq.
Kolumbiyalı legionçu gələn ilin yayında bitəcək müqaviləsini 2 il müddətinə yeniləməyə razılıq verib. Bunun qarşılığında onun qazancı indiki ilə müqayisədə 100-150 min dollar civarında artırılacaq.
“Tank” ləqəbli arxa xətt oyunçusu 2020-ci ilin iyulunda “Çaves”dən transfer olunub.