- Baxış sayı: 42
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 58
- Dekabr 05, 2025
- 0

Premyer liqasının 15-ci turu “Qarabağ”ın futbolçusu Kevin Medina üçün əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, kolumbiyalı müdafiəçi Azərbaycan çempionatlarında 50-ci oyununu keçirib.
Onun yubileyi “Zirə” ilə ev görüşünə təsadüf edib. Medina qolsuz heç-heçə ilə başa çatan qarşılaşmaya start heyətində çıxıb. O bu matçların hamısını eyni komandada keçirib. Həmin müddətdə 1 qol vurub.
Premyer liqada 2020/21 mövsümündə debüt edən Medina həmin çempionatda 20, ötən mövsüm 23 qarşılaşmada (1 qol) şans qazanıb. Cənubi amerikalı cari çempionatda 7 oyun keçirib.