Keyn klubundan ayrılır

“Tottenhem”in hücumçusu Hari Keyn gələn yay transfer pəncərəsində komandadan ayrılmaq istədiyini klub rəhbərliyinə rəsmi şəkildə bildirib. 

Allsport.az xəbər verir ki, klub Keyn ilə yolları ayırmaq barədə düşünməyə hazırdır, lakin londonlular hücumçunu premyer liqanın başqa klubuna satmayacaqlar. 

29 yaşlı Keyn bu mövsüm “Tottenhem”in heyətində bütün turnirlərdə 46 oyunda 28 qol vurub və 5 məhsuldar ötürmə edib. Hücumçunun londonlularla müqaviləsi 2024-cü ilin iyununa qədərdir.

Həmin kateqoriyadan