Keyndən karyera rekordu

“Bavariya”nın hücumçusu Harri Keyn bundesliqanın 24-cü turunda “Borussiya Dortmund”la keçirilən “Der Klassiker” matçında (3:2) dubl edərək tarixi uğura imza atıb.

Allsport.az xəbər verir ki, ingiltərəli forvard bu qollarla cari mövsüm bütün turnirlərdə vurduğu qolların sayını 45-ə çatdırıb.

Bu göstərici 32 yaşlı hücumçunun karyerasında mütləq rekorddur. Bundan əvvəlki ən yaxşı nəticə (44 qol) Keynin “Bavariya”dakı debüt mövsümünə (2023/24) təsadüf edirdi.

Harri Keyn həmçinin bundesliqada vurduğu 30 qolun 10-nu penaltidən reallaşdıraraq turnirin tarixinə düşüb. O, bir mövsümdə penaltidən ən çox qol vuran futbolçu kimi Paul Braytnerin 1980/81-ci illər mövsümündə müəyyənləşdirdiyi rekordu təkrarlayıb.

Həmin kateqoriyadan