“Kiçik hesablı qələbəni təmin etmək lazım idi”

“Bu gün nəticə əldə etmək üçün bura gələn və yaxşı futbol oynayan komanda gördük. Bu görüş avrokubok matçlarının asan olmadığını göstərdi”.

Allsport.az saytı xəbər verir ki, bu sözü “Marsel”in futbolçusu Dmitri Payet konfrans liqasının 1/16 finalında “Qarabağ”la ilk oyunundan sonra deyib. 3-cü qolunun müəllifi 3:1 hesablı qələbəni belə şərh edib: “İkili mübarizələrdə daha yaxşı oynaya bilərdik. Amma ilk növbədə, kiçik hesablı qələbəni təmin etmək lazım idi ki, bunu da bacardıq.

Bir az nəfəs almaq mənim üçün çox faydalı oldu. Bu da az oynayanlar üçün şərait yaratdı. Hər kəsə ehtiyacımız olacaq. Ona görə də hamımız eyni səviyyədə olmalıyıq. Liqa 1-də 3 vacib oyunumuz var”.

Komandalar arasında cavab görüşü fevralın 24-də Bakıda olacaq.

Həmin kateqoriyadan