- Baxış sayı: 34
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 34
- Dekabr 05, 2025
- 0

Xəbər verdiyimiz kimi, dünən İsveçrənin Nyon şəhərində Millətlər liqasının 2022/23-cü illər mövsümünün püşkatması keçirilib. Allsport.az saytı xəbər verir ki, millinin italiyalı baş məşqçisi Canni de Byazi mərasimi belə dəyərləndirib:
“Belə demək mümkünsə, kifayət qədər balanslı qrupda mübarizə aparacağıq. Slovakiya millisinin qrupun favoriti olduğunu deməklə, yəqin ki, yeni nəsə demiş olmayacağıq.
Belarus və Qazaxıstan-Moldova cütünün qalibi ilə gərgin mübarizə aparacağıq. Lakin düşünürəm ki, mövsümün sonuna doğru yaxşı formada olsaq, qrupda sözün yaxşı mənasında öz sözümüzü deyə bilərik”.