- Baxış sayı: 190
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 190
- Dekabr 05, 2025
- 0

“Sumqayıt” premyer liqada 400-cü qolunu buraxıb. Allsport.az xəbər verir ki, bu, mövsümün 4-cü turunun “Qarabağ”la matçına təsadüf edib.
2:2 hesabı ilə başa çatan oyunda vurulan sonuncu qol sumqayıtlıların buraxdığı 400-cü top olub. Qolun müəllifi Filip Ozobiç olub. “Gənclik şəhəri” təmsilçisi bu rəqəmə 276 qarşılaşmada çatıb. Komanda orta hesabla hər görüşdə 1,45 top buraxıb.
2011/12 mövsümündən premyer liqada mübarizə aparan “Sumqayıt”la oyunlarda ən çox qol vuran komandalar “Qarabağ” (67), “Qəbələ” (53) və “Neftçi” (52) klublarıdır.