- Baxış sayı: 205
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 205
- Dekabr 05, 2025
- 0

“Sumqayıt”ın ev oyunlarını keçirdiyi “Kapital bank arena”da təmir işləri davam edir. Allsport.az saytı xəbər verir ki, artıq əsas meydana səpilmiş toxum cücərməyə başlayıb.
Köməkçi stadion kimi nəzərdə tutulan təbii ot örtüklü meydançaya qum səpilməsinə start verilib. Ərazidə 2 ədəd mini futbol sahəsinin süni ot örtüyünün döşənməsi işlərinə başlanılıb.
Qeyd edək ki, süni örtüklü köməkçi stadionun təmiri artıq başa çatıb.