- Baxış sayı: 25
- 07 Dekabr 2025 10:00
- Baxış sayı: 221
- Dekabr 05, 2025
- 0

“Sumqayıt” premyer liqada 70-ci səfər məğlubiyyətini alıb. Allsport.az saytı xəbər verir ki, bu, 17-ci turun “Keşlə” ilə qarşılaşmasına təsadüf edib. “ASK arena”dakı görüşdə 1:2 hesabı ilə uduzan sumqayıtlılar rəqib meydanında 122-ci matçda “70”ə çatıb. “Gənclik şəhəri” təmsilçisi səfərdə 19 qələbə qazanıb, 33 heç-heçə edib. Bu oyunlarda qonaqlar 108 qol vurub və 208-ni buraxıb.
Qeyd edək ki, “Sumqayıt” rəqib meydanında ən çox uduzan komandalar siyahısında 13-cü olan “Şəfa”ya çatıb. Hər iki komanda 70 dəfə uduzub. Antirekord isə “Turan”a məxsusdur. Artıq fəaliyyətini dayandıran Tovuz klubu rəqib meydanlarında 139 dəfə uduzub.