- Baxış sayı: 14
- 30 Mart 2026 10:58
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

Premyer liqanın XIV turu Vurğun Hüseynov üçün əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, 34 yaşlı müdafiəçi “Sumqayıt”ın heyətində 200-cü çempionat oyununa çıxıb.
“Gənclik şəhəri” təmsilçisinin kapitanının yubileyi “Şamaxı” ilə səfər qarşılaşmasına təsadüf edib. Bu görüşdə sumqayıtlılar 2:4 hesabı ilə uduzub.
2013/14 mövsümündən bu komandada çıxış edən Hüseynov 200 matçda 2 qol vurub. O, klub tarixində premyer liqada ən çox oyun keçirən futbolçudur. Vurğun eyni komandada 200 və daha çox iştirak edən 23-cü oyunçudur.