VİDEO
Kiprdə azğın yunanlar “Qarabağ”a qarşı belə qalmaqal törətdi

Xəbər verildiyi kimi, konfrans liqasının 3-cü ələməsində AEL və “Qarabağ” arasında Kiprdə ilk oyunda (1:1) qalmaqal yaşanıb. Allsport.az saytı xəbər verir ki, əsas hadisə Ağdam klubunun 90+3-cü dəqiqədə hesabı bərabərləşdirməsindən sonra baş verib.

Qolun müəllifi Abdullah Zubir sevincini texniki zonada olan məşqçilər və futbolçularla bölüşərkən, yunan azarkeşlər qeyri-etik hərəkətə yol veriblər. Onlardan biri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova qarşı təxribat xarakterli hərəkətlər edib. Aranın qarışdığını görən hakim komandaları meydandan çıxarıb.

Lakin bu zaman Qurban Qurbanov özü geri qayıdaraq meydanda nümayişkaranə şəkildə üzü yunan azarkeşlərə tərəf durub. Görünür, o, bununla azğın tamaşaçılardan çəkinmədiyini göstərib.

Qol.az-ın əldə etdiyi yeni şəkillərdən görünür ki, yerli azarkeşlər bu təxribata “Qarabağ”ın qolundan daha əvvəl hazırlaşıblar. Matçın gedişatı zamanı onların texniki zonada olan “Qarabağ”ın futbolçuları ilə mübahisə etdikləri açıq şəkildə görünür. Həmin anların geniş videoicmalını və şəkilləri təqdim edirik:

Həmin kateqoriyadan

azenrutr