KİV-ə qoyduğu qadağanı götürdü

Peşəkar futbol liqası KİV nümayəndələrinin oyunlardan sonra futbolçulardan açıqlama almaqla bağlı yaranmış problemlərini nəzərə alaraq, UEFA-nın “Futbola qayıdış” protokoluna əsasən mövcud təlimatlarda dəyişiklik edib.

Allsport.az saytı xəbər verir ki, oyundan sonra hər 2 komandanın baş məşqçisinin iştirakı ilə keçirilən mətbuat konfransının ardınca, hər klubun meydançada olmuş ən azı 1 futbolçusunun (say jurnalistlərlə klubların mətbuat xidmətinin rəhbərinin razılığı ilə artırıla bilər) stadionun konfrans zalı otağında, pandemiya qaydalarını qorumaq şərtilə KİV nümayəndələri üçün açıqlama verməsi tövsiyə olunur.

Açıqlama verəcək futbolçunun kimliyini klubların mətbuat xidməti müəyyənləşdirəcək.

Həmin kateqoriyadan