KİV arasında 3×3 basketbol

Martın 2-də “İdman həftəsi” çərçivəsində gənclər və idman nazirliyi və basketbol federasiyasının birgə təşkilatçılığı ilə media nümayəndələri arasında 3×3 basketbol yarışı keçirilib. Allsport.az saytı xəbər verir ki, Avropa oyunları parkında baş tutan yarışda 17 media qurumundan həm kişi, həm də qadın komandaları mübarizə aparıblar.

Qadınlar fərdi yarışaraq topu səbətə atmaqla qalibləri müəyyən ediblər. Teleqraf informasiya agentliyinin əməkdaşları Nərmin MuradovaRöyanə Bəkirli müvafiq olaraq, birinci və ikinci yerləri tutublar. Leyla Eminova (İdman.biz) isə üçüncü yerə layiq görülüb.

Kişilər arasında Xəzər TV-nin əməkdaşları Mehman Rəsulov və Əli Cəfərov, İTV-nin əməkdaşı Nihat İsmayılov, Azerisport.com idman portalının əməkdaşı Mirbağırağa Cəfəridən ibarət “Xəzər” komandası birinci olub.

Finaladək yüksələn Kənan Həsənov, Səlcuq Elçin, Tuncay Türbəndəzadə, Nihat Piriyevdən ibarət “Report” İnformasiya Agentliyinin komandası ikinci yeri tutub. Emin Səfərov, Elnur Muxtarlı, Əli Şəyəldiyev (hər üçü – “Teleqraf” İnformasiya Agentliyi) və Asif Nərimanlıdan (Publika.az) ibarət “Teleqraf” komandası isə üçüncü yerə layiq görülüb.

Həmin kateqoriyadan