- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Yanvarın 24-də Bakı Şəhər Halqası əməliyyat şirkətinin Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının təşkilatçılığı ilə formula-1 idmanından yazan jurnalistlər üçün “Sürətin nəbzini tut!” mövzusunda ikigünlük təlim başlayıb. Allsport.az saytı xəbər verir ki, məşğələnin ilk günündə beynəlxalq təcrübəyə malik jurnalist və multimedia mütəxəssisi Dan Manson idmanın bu növünün işıqlandırılması qaydalarından danışıb.
Təlimin keçirilməsində məqsəd azərbaycanlı idman jurnalistlərinə avtoidman sahəsində ixtisaslaşmış beynəlxalq ekspertlərin təcrübəsindən faydalanmağı təmin etməkdir. Bu məşğələ həmişə inkişaf edən idman aləmi, xüsusən də formula-1 haqqında xəbər hazırlamaqla bağlı iştirakçılara zəngin təcrübə qazandıracaq.
Toplantı zamanı təqdim olunacaq multimedia layihəsi çərçivəsində iştirakçılar əldə etdikləri bilik və bacarıqları qrup şəklində nümayiş etdirmək fürsətinə sahib olacaqlar. İdman KİV-i arasında AzDBTİA-da yeni açılan İdman jurnalistikası üzrə birillik magistatura proqramının faydalanmasını təmin etmək də gündəmdədir.
Sabah formula-1 yarışının şərhçisi Aleksey Popov qonaq olacaq. Təlimi uğurla başa vuran iştirakçılara BŞH, AzDBTİA və Dan Mason Media Şirkətinin diplomu təqdim ediləcək.