- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bu gün Bakı Şəhər Halqası əməliyyat şirkətinin təşkilatçılığı ilə paytaxtın kartinq mərkəzində KİV arasında yarış keçirildi. Allsport.az saytı xəbər verir ki, açılışda çıxış edən BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai məşhur sürücülərin yetişməsi üçün kartinqin vacib başlanğıc olduğunu bildirdi.
Ölkəmizdə Formula1-in yüksək səviyyədə təşkil olunduğunu xatırladan həmkarımız, jurnalistlər arasında kartinq yarışlarının mütəmadi keçiriləcəyini dedi, iştirakçılara uğurlar arzuladı.
Ötüşməyə 50-yə yaxın media əməkdaşı qatıldı. İlkin mərhələdən sonra 4 qrupda fərqlənən 10 nəfər finalda mübarizə apardı. Fərid Ramazanov (“İdman Azərbaycan”) 1-ci, Roman İsmayılov (“Azərtac.az”) 2-ci və Elçin Zodorov (“f-1.az”) 3-cü yer tutdular.