KİV nümayəndələri formula-1 jurnalistikasına dair təlimi yüksək qiymətləndiriblər

Bakı Şəhər Halqası əməliyyat şirkətinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının təşkilatçılığı ilə Bakıda jurnalistlər üçün formula-1 jurnalistikasına dair “Sürətin nəbzini tut!” mövzusunda ikigünlük təlim keçirilib. Allsport.az saytı xəbər verir ki, təlimdə 20-də çox aparcı KİV-lərin əməkdaşları iştirak edib. İki gün ərzində beynəlxalq təlimçi Dan Mason və formula-1 yarışının şərhçisi Aleksey Popov media nümayəndələrinə bu yarışına hazırlıqla bağlı, o cümlədən bu sahədə olan yeniliklərlə bağlı ətraflı məlumat verdilər. SalamNews.org təlimdə iştirak edən jurnalislərin fikirlərini öyrənib.

Səxavət Quliyev (AZƏRTAC): “Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilən təlim çox maraqlı və məhsuldar keçdi. İki gün ərzində multimeda sahəsində yeni biliklər əldə etməklə yanaşı, onların praktikada tətbiqini yüksək qiymətləndirirəm. Həmçinin formula-1 haqqında yeni məlumatlar və biliklər əldə etdim”.

Şamil Əlibəyli (Report.az): “Bakı Şəhər Halqası əməliyyət şirkətinin Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyasının birgə təşkilatçılığı ilə “Drive The Story” adlı təlimə qəbul olmaq və orada iştirak etmək üçün mənim üçün böyük uğur idi. Əvvəllər Dan Masonun təlimlərində iştirak etmək şansım yox idi. Onun bacarıqları barədə çox eşitdim və şadam ki, bu kimi pozitiv və bilikli insanın təlimlərində iştirak etməyə macal tapdım. Təlimdə aldığım təcrübəni jurnalist fəaliyyətimdə artıq istifadə etməyə başladım və bu biliklər çox faydalıdır.

Aleksey Popovun isə təlimə dəvət etmək də təqdirəlayiqdir. Çünki formula-1 yarışlarını işıqlandıracaq jurnalistlərin bu sahədə illər təcrübəsinə malik insandan “ipucuları” almaq çox əladır. Eyni zamanda 90-cı illərdən bəri ekranda formula-1 yarışlarını şərh edən insanı canlı şəkildə görümək uşaqlıq arzunun reallaşması kimi də dəyərləndirmək olar. Ümumilikdə bu cür təlimin keçirilməsi çox müsbət dəyərləndirirəm, çünki ölkəmizdə sırf formula-1 yarışlarını işıqlandıran, bu sahədə geniş biliklərə sahib olan insanların sayı çox azdır. Bu idman növündə yarışlarını qəbul edən ölkə üçün bu qənaətbəxş hal deyil, əlbəttə ki. Ümid edirəm bu kimi təlimlərin sayı çox olacaq”.

Elvin Əhmədov (Oxu.az): “Təlimin bu qədər maraqlı olacağını gözləmirdim. Çünki, əksər keçirilən təlimlərdə ancaq bildiyim məlumatlar verilir və təkrarçılığıa yol açılırdı. Yenilikləri öyrənmək üçün internetdə axtarışlar aparırdım. Lakin bu təlim digər təlimlərdən daha fərqli və bizim üçün yeni oldu.

İki gün ərzində təlimdə bizim gülərüz təlimçimiz Dan Masonun əməyi çox böyük oldu. Lakin təlimlər zamanı onun bizimlə səmimiyyəti və hərkəsə ayrı-ayrılıqdan diqqət verməsi mənim üçün bütün materialları lazım olduğu səviyyədə yiyələnməsinə yardımçı oldu. Təlimlərdə jurnalistikada daha operativ və peşəkar olmaq üçün müxtəlif texniki və yazı üsullarından istifadə qaydalarını öyrəndim və yeni dostlar tapdım. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına və Bakı Şəhər Halqasına təlim kursu təşkil etdikləri üçün təşəkkür edirəm”.

Kamran Hacı (Allsport.az): “Bakıda keçirilən ikigünlük təlim tam olaraq yerinə düşdü. Çünki burada bir çox bilgilərə yiyələndim. Bir çox proqramlar öyrəndim ki, bu da öz növbəsində mənim üçün çox faydalıdır. Bundan başqa formula-1 Azərbaycan qran-prisinə akreditasiya ilə bağlı nələrə önəm verilməsi barədə verilən məlumatlar mənim üçün çox mühüm oldu. Əldə etdiyim bu məlumatlar gələcəkdə akreditasiyadan keçməyimə yardımçı olacaq. Həmçinin iki gün ərzidnə yeni həmkarlarmla tanış oldum. Hesab edirəm ki, bu sahədə birgə bir məqsəd uğrunda çoxlu işlər görüb, təbliğat aparacağıq”.

Aydan Axundova (AzNews.az): “Təlim mənim üçün çox maraqlı və faydalı keçdi. İstər xəbərləri daha fərqli şəkildə oxuculara çatdıra bilmək üçün Dan Masonun təqdim etdiyi proqramlarla tanış olmaq, istərsə də Aleksandr Popovun şəxsi təcrübələrini dinləmək yararlı oldu. Ümumilikdə təlim təşkilatçılıq baxımından da çox yüksək səviyyədə hazırlanmışdı. Bu cür təlimlərin bütün sahələr üzrə keçirilməsi və sayının çox olması arzuolunandır”.

Ülkər Qasımqızı (İnterAz TV): “İlk öncə bu təlimin təşkilatçılarına öz təşəkkürümü bildirirəm ki, jurnalistləri həmişə diqqətdə saxlayırlar. Təlimin keçirilməsini yüksək qiymətləndirirəm. Şəxsən mən bu iki gün ərzindən çox faydalı və gələcək karyeramda istifadə edə biləcəyim proqramları, məlumatları əldə edə bildim. Həmçinin təlim vaxtı bir çox qaranlıq qalan sullarımıza da aydınlıq gətirildi. Ümid edirəm ki, Bakı Şəhər Halqası bundan sonra da öz ənənəsinə sadiq qalaraq media nümayəndələri ilə sıx işləyib, birgə təmasda olacaq”.

Eldar Tanrıverdiyev (Azvision.az): “Düşünürəm ki, bu təlimlər biz jurnalistlərin gələcək karyerası üçün olduqca böyük əhəmiyyətə malikdir. Təlim zamanı jurnalistlərin işini asanlaşdıracaq xeyli yeni multimedia alətləri ilə tanış olduq. Bundan əlavə təlimçilər Dan Mason və formula-1-in rusiyalı şərhçisi Aleksey Papovda formula-1 yarışlarının yerli və beynəlxalq mediada işıqlandırılması ilə bağlı faydalı məsləhətlər verdi, öz təcrübələri ilə bölüşdü. Təlimlər zamanı Azərbaycan Bədən Tərbiyə və İdman Akademiyasının yeni yaradılacaq ixtisasartırma kursları da jurnalistlər tərəfindən böyük maraqla qarşılandı”.

Həmin kateqoriyadan