- Baxış sayı: 188
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 188
- Dekabr 05, 2025
- 0

“Neftçi”yə fiziki hazırlıq üzrə məşqçi təyinatı olub. Allsport.az saytı xəbər verir ki, bu vəzifəni ukraynalı mütəxəssis Dmitro Qolovko yerinə yetirəcək. 37 yaşlı məşqçi ilə mövsümün sonunadək müqavilə bağlanıb.
O, Ukraynanın “Dinamo” (Kiyev), “Krivbass”, “Karpatı”, “Volın”, “Çernomorets”, Rusiyanın “Volqa” klublarında və 2009-cu ildə gənclər arasında Avropa çempionu olmuş Ukraynanın U-19 milli komandasında çalışıb.