Kiyev “Dinamo”sunun yetirməsi “Rəvan”da

“Rəvan” ukraynalı qapıçı ilə güclənməyə hazırlaşır. Allsport.az xəbər verir ki, paytaxt klubu 26 yaşlı Konstantin Maxnovskini düşərgəsinə dəvət edib.

Kiyev “Dinamo”sunun yetirməsi olan qapıçının “Rəvan”da qalmaq ehtimalı böyükdür. Son klubu “Sevastopol” olan Maxnovski peşəkar karyerasında ilk addımlarını Polşa çempionatında atıb. O, öncə bu ölkənin “Petrkoviya”, daha sonra isə “Lodz” və “Legiya” klublarında çıxış edib. 2011-ci ildə Ukraynaya qayıdan futbolçu “Obolon”da çıxış edib. 2012-i ildən isə o, “Sevastopol”un şərəfini qoruyur.

Qeyd edək ki, Maxnovski 2004-2006-cı illər aralığında Ukraynanın U-17 komandasında da forma geyib.

Həmin kateqoriyadan