Kiyev məhkəməsi cüdo millimizin keçmiş baş məşqçisini sərbəst buraxıb
9 sentyabr 2017 / 15:05 Baxış sayı: 1321 Ukrayna paytaxtında qaldığı mənzildə həbs olunan cüdo millimizin keçmiş baş məşqçisi Peter Zayzenbaxer azadlığa buraxılıb. Allsport.az saytı xəbər verir ki, avstriyalı mütəxəssis yetkinlik yaşına çatmamış 2 qıza qarşı cinsi zorakılıqda ittiham olunur.
Onun doğma ölkəsinə ekstradisiyası davam etdiriləcək. Prosesin bu ay həyata keçiriləcəyi gözlənilir. Ünlü idmançının 1997 – 2004-cü illərdə cinayətə yol verdiyi ehtimal olunur. Həmin vaxt Zayzenbaxer tələbələrinin 14 yaşı olmayıb. Günahı sübuta yetirilsə, onu 10 ilədək həbs gözləyir.
Xatırladaq ki, 57 yaşlı xoca London-2012-yə Gürcüstanı, Rio-2016-ya Azərbaycan olimpiyaçılarını baş məşqçi olaraq çıxarıb. Cüdoçu karyerasında onun 2 olimpiya qızıl medalı var (Los Anceles-1984 və Seul-1988).