- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Braziliya “Flamenqo”nun prezidenti Rudolfu Landim, klubun Sankt-Peterburqun “Zenit”inin yarımmüdafiəçisi Klaudinyunu almaq istəyinə münasibət bildirib. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” bir neçə həftədir onun transferi ilə bağlı danışıqlar aparır, lakin hələ də piterlilərlə razılığa gələ bilmir. Sitat:
“Biz uzun müddətdir ki, Klaudinyu ilə ünsiyyətdə olduğumuzu gizlətmirik. O, bizim transfer hədəfimizdir. Son bir neçə ildə Rusiyanın ən yaxşı oyunçusu olub. Futbolçunun özünün “Flamenqo”ya keçmək istədiyini də bilirik. Üstəlik, düşünürəm ki, Klaudinyo “Zenit”də xoşbəxt deyil”.