Klava Koka Yekaterinburqda konsert verəcək

Yekaterinburqda Rusiya prezidenti Vladimir Putinin adından keçirilən ümumdünya dostluq oyunlarının baş qəhrəmanı Klava Koka olacaq.

Allsport.az xəbər verir ki, bu barədə Ura.ru saytı məlumat yayıb:

“Klava Koka iştirakçılar üçün konsert verəcək. Onun idman tədbirinin açılışında və ya bağlanışında çıxış edəcəyi hələ məlum deyil”.

Əvvəllər ifaçı oyunların könüllülər proqramının səfiri olub.

Ümumdünya dostluq oyunları 2024-cü il sentyabrın 15-dən 29-dək Moskva və Yekaterinburqda keçiriləcək.

Həmin kateqoriyadan