- Baxış sayı: 62
- 02 Avqust 2026 11:56
- Baxış sayı: 234
- Sentyabr 17, 2026
- 0

Müstəqillik günündə gənclər və idman nazirliyi Laçın şəhərində “Sağlam həyat” günlərinə start verib.
Allsport.az xəbər verir ki, Laçın bulvarında təşkil edilən tədbirə müxtəlif yaş qruplarından olan iştirakçılar qoşularaq qaçış, yerindən uzunluğa tullanma, top atma, ağırlıqqaldırma, turnik, paralel qollar, dayaqlı vəziyyətdən qolların bükülüb-açılması və qarın əzələlərinin möhkəmləndirilməsi (“jim” və “press”) normativlərini yerinə yetirirlər.
Normativləri yerinə yetirən bütün iştirakçılara sertifikatlar təqdim olunur.