Kapoeyra üzrə millimiz qitə çempionu olub

Kapoeyra üzrə millimiz qitə çempionu olub

Kapoeyra üzrə Azərbaycan millisi VCF (Vorld Capoeira Federation) tərəfindən Macarıstanın paytaxtı Budapeştdə Avropa çempionatında iştirak edib.

Allsport.az xəbər verir ki, yığma 6 qızıl, 2 gümüş, 3 bürünc olmaqla ümumilikdə 11 medal qazanıb.

Millimiz medalların sayına görə Avropa çempionatında 1-ci yerə layiq görülüb.

Mükafatçılar
Kadetlər, 12 yaş

Fikrət Dadaşov – qızıl medal

Oğlanlar, 16 yaş
Cəfər Usubov – qızıl medal
Şahyarov Səid – bürünc medal

Oğlanlar, 18 yaş
Dilqəm İsmayılov – qızıl medal
Əli Tağızadə – bürünc medal

Qızlar
Mehriban Hacıbabayeva – qızıl medal
Gülçöhrə Abbasova – gümüş medal

Qadınlar
Asya Atayeva – gümüş medal
Xədicə Zeynallı – bürünc medal

Kişilər (70 kq)
Fərid Səlimov – qızıl medal

Kişilər (82 kq)
Fərid Allahverdiyev – qızıl medal

Həmin kateqoriyadan