- Baxış sayı: 39
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 54
- Dekabr 05, 2025
- 0

“Liverpul”un baş məşqçisi Yurgen Klop yarımmüdafiəçi Dominik Soboslayın transferinə münasibət bildirib.
Allsprot.az xəbər verir ki, “mersisaydlılar” Macarıstan millisinin futbolçusu üçün “Leypsiq”ə 70 milyon avro ödəyib. Bununla da o, klub tarixinin ən bahalı 3 transferindən biri olub.
“Biz Soboslayı artıq bir az rəqib kimi tanıyırıq, çünki onun iştirak etdiyi “Zalsburq”la bir neçə çətin matçımız olub. Düşünürəm ki, həmin matçları görən hər kəs o vaxt da onun həqiqətən maraqlı oyunçu olduğunu başa düşdü.
Dominik hələ çox gəncdir. Onun qarşıda hələ çox yolu var. Biz futbolçunun tam potensialını görmək üçün səbirli olmalıyıq” – baş məşqçi deyib.