- Baxış sayı: 38
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 116
- Fevral 06, 2026
- 0
“Liverpul” “Sportinq”in baş məşqçisi Ruben Amorimə 3 illik müqavilə təklif edib.
Allsport.az xəbər verir ki, bu barədə jurnalist Pedro Sepulveda məlumat verib.
Mənbənin sözlərinə görə, maliyyə şərtləri praktiki olaraq razılaşdırılıb. Danışıqların gedişi Amorimin “Liverpul”un növbəti çalışdırıcısı olacağını deməyə əsas verir.
Amorim 2020-ci ildən Portuqaliya klubuna rəhbərlik edir. Amorim və Lissabon təmsilçisi arasındakı hazırkı müqavilə 2026-cı ilin yayına kimi nəzərdə tutulub.