“Klub çətin günlərini yaşayır”

Allsport.az xəbər verir ki, “Barselona”nın hücumçusu Robert Levandovski bir müddət əvvəl bu mövsümün sonunda postunu tərk edəcəyini bildirən baş məşqçi Xavi haqda danışıb:

“Barselona”da məşqçi və ya oyunçu olmaq çox təzyiqli olur. İndi klub çətin günlərini yaşayır, komandada çoxlu gənc futbolçular var və gözləntilər həmişə olduğu kimi, çox böyükdür.
Bütün bunların Xavi üçün nə demək olduğunu başa düşürəm. “Barselona” onun klubudur, o, burada oynayıb və hazırda məşqçi kimi çalışır.

Bütün bunlar onun üçün emosional baxımdan çox çətindir və mən onu, eləcə də ailəsini tamamilə başa düşürəm”.

Həmin kateqoriyadan