Klub Torresi satıb, Karraskonu almaq istəyir

“Barselona” Ferran Torresin yerinə mümkün oyunçu kimi Yannik Ferreyra Karraskonu nəzərdən keçirir.

Allsport.az xəbər verir ki, Kataloniya təmsilçisi ispaniyalı oyunçunun ayrılmaq istəməməsinə baxmayaraq onu satmaq istəyir. Onlar bunun üçün təxminən 40 milyon avro almağa ümid edirlər.

Bu transfer baş tutsa, la liqa klubu “Atletiko Madridin” yarımmüdafiəçisini ala bilər. 

Tamamlanmış la liqa mövsümünün 35 oyununda Yannik 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan