- Baxış sayı: 12
- 29 Noyabr 2024 22:22
- Baxış sayı: 142
- Noyabr 28, 2024
- 0
“Neftçi” ilə anlaşan Braziliyanın “Quarani” klubunun futbolçusu Tallison sosial hesabında azarkeşlərlə vidalaşıb. Allsport.az xəbər verir ki, klubun baş meneceri Miçel Alveş “Correio” nəşrinə açıqlamasında Tallisonun “Neftçi”nin sərfəli təklifini rədd edə bilmədiyini deyib:
“Neftçi”nin 3 illik sərfəli müqavilə təklifi ilə rəqabət apara bilməzdik. Tallison mənə zəng etdi və təşəkkür edib bildirdi ki, bu, rədd edilməz təklifdir”.
28 yaşlı cinah müdafiəçisinin Braziliya klubu ilə müqaviləsi apreldə bitmişdi. Braziliyalı oyunçu “ağ-qaralar”la 3 illik anlaşıb.