- Baxış sayı: 99
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Bu gün AFFA-nın inzibati binasında klublar komitəsinin növbəti iclası olub. Allsport.az saytı xəbər verir ki, toplantıda AFFA-nın baş katibi Sərxan Hacıyev, PFL-in prezidenti Elxan Səmədov və premyer liqada mübarizə aparan klubların nümayəndələri iştirak ediblər.
Klublar komitəsinin əsasnaməsinə uyğun olaraq, komitənin sədri vəzifəsinə seçki keçirilib. “Sabah” klubunun prezidenti Maqsud Adıgözəlov səs çoxluğu ilə sədri seçilib. Yığıncaqda digər məsələlər müzakirə olunub.